Klub prezidenti azarkeşləri ələ saldı

“Real”ın prezidenti Florentino Peres azarkeşlərin "Kilian Mbappeni transfer et" çağırışına ironiya ilə cavab verib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, o, azarkeşlərə “Mbappeni transfer et? Bunu ilk dəfədir eşidirəm. Heç ağlıma belə  gəlməyib... Məni xəbərdar ettiyiniz üçün minnətdaram. Söz verirəm ki, bu gecə yatmayıb bunun daha öncə mənim ağlıma necə gəlmədiyini düşüncəyəm”, - deyib.

Florentino Peresin bu rəfatarı azarkeşlərin qəzəbinə səbəb olub.

Qeyd edək ki, "Real" yay transfer pəncərəsində Mbappenin keçidinə çox çalışsa da, transfer alınmayıb.