Klub prezidenti canlı yayımda: "Silahım olsaydı, hakimi vurardım"

Türkiyə Superliqasının 32-ci turunda "Qalatasaray"a məğlub olan "Rizəspor"un "üsyan"ı bitmək bilmir.

Sportline.az xəbər verir ki, hakimin matçı qərəzli idarə etdiyini bildirən Rizə komandasının prezidenti Həsən Qartal bu dəfə canlı yayımda verdiyi açıqlama ilə gündəmə gəlib.

O, açıqlamasında "həmin oyunda silahım olsaydı, hakimi vurardım. Səmimi deyirəm" desə də, sonradan dediklərini təqzib edib.