Klublararası dünya çempionatı başlanır

Bu gecə klublararası dünya çempionatı başlanacaq.

Sportline.az xəbər verir ki, ABŞ-nin ev sahibliyi edəcək turnirə 32 komanda qatılıb.

Açılış oyununda Misirin "Əl-Əhli" klubu ilə ABŞ təmsilçisi "İnter Mayami" qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürəcək.

Dünya çempionatına iyulun 13-də yekun vurulacaq.