Konate "Real Madrid"i istəyir

"Liverpul"dan azad agent kimi ayrılan İbrahima Konate "Real Madrid"ə transfer olmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Diario Sport" nəşri məlumat yayıb.

27 yaşlı futbolçu bu mövsüm Mersisayd təmsilçinin heyətində 51 rəsmi matçda iştirak edib. Fransalı stopperin aktivində 2 qol var.

Qeyd edək ki, Konatenin dəyəri 50 milyon avrodur.