Konfrans Liqası: "Zirə" və "Araz-Naxçıvan"ın I təsnifat mərhələsindəki rəqibləri bəlli olub
"Zirə" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibləri bəlli olub.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi bu raundda "Hayduk" (Xorvatiya) ilə üz-üzə gələcək.
"Araz-Naxçıvan" isə "Aris" (Yunanıstan) kollektivi ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək.