Konor Qallaher "Atletiko"nun stadionunu ziyarət edib

İngilis yarımmüdafiəçi Konor Qallaher yeni klubu "Atletiko" Madridin stadionu "Metropolitano"nu ziyarət edib.

Sportline.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada ""Atletico Madrid" və "Çelsi" transfer prosedurlarını tamamlayarkən Konor Qallaher "Civitas Metropolitano"ya baş çəkdi" deyilir.

Tərəflər 40 milyon avro qarşılığında 24 yaşlı futbolçunun transferi barədə razılığa gəliblər. İngilis futbolçu Madrid klubu ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Qallaher ötən mövsüm "Çelsi"nin heyətində 37 oyuna çıxıb və aktivinə 5 qol, 7 məhsuldar ötürmə yazdırıb.