Konor Makqreqor yenidən rinqə çıxacaq

MMA-nın ulduz döyüşçülərindən sayılan Konor Makreqor yenidən rinqə çıxacağı tarixi açıqlayıb. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, 38 yaşlı irlaniyalı döyüşçü iyunun 29-da Los Ancelsdə  Maykıl Çanderlə döyüşəcəyini açıqlayıb.

Konor Makqreqor bu döyüşünü tarixi geridönüş olaraq adlandırıb və ilk dəfə 185lbs-də çıxış edəcəyini bildirib. 

Qeyd edək ki, Konor Makqreqor sonuncu dəfə 2021-ci ildə rinqə çıxıb və məğlub olub.