"Konyaspor" artıq heç kimdən "Qorxmaz"
Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Bülənt Qorxmaz çalışdıracaq. 51 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. O, bu vəzifədə Aykut Kocamanı əvəz edib.
Bülənt Qorxmaz son olaraq "Antalyaspor"u çalışdırıb.