"Konyaspor" kuboku belə qazandı

Türkiyə Kubokunda 2016/2017-ci il mövsümünə yekun vurulub. SportLine.az xəbər verir ki, həlledici matçda "Başakşəhər" və "Konyaspor" kollektivləri üz-üzə gəlib. 

Əsas və əlavə vaxtda hesab açılmadığı üçün qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Futbol lotereyasında isə bəxt "Konyaspor"un üzünə gülüb - 4:1.