Koronavirusun Türkiyə çempionatına təsiri

Türkiyədə bütün idman tədbirləri koronavirus pandemiyasına görə aprel ayının sonuna qədər azarkeşsiz keçiriləcək.

Sportline.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın yerli mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə, qərar bu gün koronavirusla bağlı keçirilən toplantıda qəbul edilib.