Kosta 6 ay oynamaya bilər

İspaniyanın "Atletiko" klubunun futbolçusu Dieqo Kosta dərin damar trombozu səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qala bilər.

Sportline.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşrinə açıqlamasında həkim Xose Eskudero məlumat verib.

O bildirib ki, futbolçular dərin damar trombozuna qarşı daha diqqətli olmalıdırlar: "Bu cür xəstələrin sağalma müddəti 3-6 arasındadır".

Həkimlərin fikrincə, hücumçunun sentyabrda koronavirusa yoluxması bu xəstəliyə səbəb olub.

Qeyd edək ki, "Atletiko" tibbi müayinədən sonra Dieqo Kostaya dərin damar trombozu diaqnozu qoyulduğunu açıqlayıb. Təcrübəli oyunçunun problemi əvvəlki zədə ilə əlaqəli deyil.