Kostiç "Fənərbağça"da qalmayacaq

Mövsümü məyusedici şəkildə başa vuran "Fənərbağça" artıq növbəti mövsüm üçün planlamalara start verib.

Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, bu mövsümdə parlaq çıxışı ilə seçilən futbolçulardan birinin isə komandadan ayrılacağı məlum olub.

İtaliyanın "Yuventus" klubundan icarə əsasında "Fənərbağça"ya qoşulan Filip Kostiçlə mövsüm sonunda yolların ayrılacağı bildirilib.

Məlumata görə, "sarı-lacivərdlilər" serbiyalı sol cinah müdafiəçisinin satınalma variantını istifadə etməyəcək.