Kroos peşəkar karyerasında ilk dəfə meydandan qovuldu
"Real"ın futbolçusu Toni Kroos peşəkar karyerasında ilk dəfə qırmızı vərəqə alıb.
Sportline.az ESPN-ə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi La Liqanın 12-ci turunda "Jirona" ilə matçın (1:1) 90+2-ci dəqiqəsində 2-ci sarı vərəqə ilə cəzalandırılıb. Nəticədə Kroos qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bu da almaniyalı futbolçunu peşəkar karyerasında ilk qırmızı vərəqəsidir.
Qeyd edək ki, Kroos 2014-cü ildən "Real"da oynayır. O, "Bavariya", "Bayer" kimi komandalarda da oynayıb. Kroos 2010-2021-ci illərdə Almaniya millisinin formasını geyinib.