Kuarejma "Kasımpaşa"da

Türkiyənin "Beşiktaş" klubunun yarımmüdafiəçisi Rikardo Kuarejmanın yeni klubu bəlli olub.

Sportline.az "beIN Sports"a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Super Liqanın digər təmsilçisi "Kasımpaşa" ilə anlaşıb. İstanbul klubu təcrübəli futbolçunun transferini tezliklə açıqlayacaq.

35 yaşlı futbolçu iki fərqli zamanda "Beşiktaş"da 7 mövsüm keçirib. O, 226 oyuna 38 qol vurub, 78 assist edib.