Kubokun finalının vaxtı dəyişdirildi

Futbol üzrə Türkiyə kubokunda final görüşünün vaxtı dəyişdirilib. 

Sportline.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının qərarına görə həlledici görüşün vaxtı mayın 16-dan 15-ə keçirilib. Buna səbəb yayım proqramında edilən dəyişikliklər olub.

Qeyd edək ki, Türkiyə kubokunun finalında "Qalatasaray" və "Akhisarspor" komandaları qarşılaşacaq. Oyun Sivas şəhərində Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.