Kukurelya evinə qayıdır

"Çelsi"nin sol cinah müdafiəçisi Mark Kukurelya karyerasını yenidən ölkəsində davam etdirə bilər.

Sportline.az xəbər verir ki, 27 yaşlı futbolçu "Barselona"nın maraq dairəsindədir.

Bu haqda "Diario Sport" nəşri məlumat yayıb.

Qeyd edək i, İspaniya millisinin üzvü "Barselona"nın öz yetirməsidir.

Onun transfer qiyməti 40 milyon avrodur.