Kumanın Pedriyə yazığı gəldi

"Barselona"nın baş məşqçisi Ronald Kuman ötən mövsüm ümumilikdə 73 oyun keçirən Pedrinin rekordu ilə bağlı fikirlərini bölüşüb.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, La Liqada "Atletik"lə oyundan sonra 18 yaşlı yarımmüdafiəçini istirahətə göndərəcəklərini deyib: "Pedri sabah oynayacaq, amma sonra onu iki həftə istirahətə göndərəcəyik. Tətilə ehtiyacı var" dedi.

Qeyd edək ki, "Atletik" - "Barselona" matçı sabah keçiriləcək.

Xatırladaq ki, Pedri ötən mövsüm ən çox oyun keçirən futbolçu olub.