Kurtua daha 5 il "Real"da qalır
“Real” futbolçusu Tibo Kurtua ilə müqaviləni yeniləyib.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı qapıçı ilə 2026-cı ilin yayına qədər sözləşmə imzalanıb.
Qeyd edək ki, Kurtua 2018-ci ilin avqustundan “Real”da çıxış edir. Onun əvvəlki müqaviləsi 2024-cü ilin yayına qədər idi.