“Real Madrid”də ağır itki

Təcrübəli qolkiper Tibo Kurtua məşq zamanı zədələnib.

Sportline.az idman jurnalisti Fabrisio Romanonun paylaşımına əsasən bildirir ki, Tibo Kurtua məşq zamanı sol dizinin çarpaz bağlarının qopması səbəbi ilə əməliyyat olunacaq.

Komandanın həkimlərinin verdiyi məlumata görə, belçikalı qapıçı 5 ay yaşıl meydanlardan kənar qalmalı olacaq. 

Qeyd edək ki, bu müddətin daha da uzun çəkə biləcəyi gözlənilir.