Kurtuanın son durumu

"Madrid "Real"ının qapıçısı Tibo Kurtua dizindən əməliyyat olunub.

Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, belçikalı futbolçu xaçvari bağlarının qırılması üzündən əməliyyat masasına uzanıb.

31 yaşlı qolkiper yeni mövsümün əvvəlində məşq zamanı xəsarət almışdı.

Təcrübəli futbolçunun yaxın günlərdə bərpa prosesinə başlayacağı bildirilir.