Kyeza “Beşiktaş”a təklif edilib
"Liverpul" "Beşiktaş"a italiyalı futbolçu Federiko Kyezanı təklif edib.
Sportline.az xəbər verir ki, bu haqda "Sözcü" qəzeti məlumat yayıb.
27 yaşlı futbolçu üçün "Beşiktaş" İngiltərə klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Kyeza ötən mövsüm cəmi 14 matçda iştirak edib. Aktivində 2 qol 2 məhsuldar ötürmə var.
Oyunçunun transfer qiyməti 15 milyon avro olaraq təyin olunub.