Kyeza İtaliya klubuna keçə bilər

"Liverpul"un italiyalı futbolçusu Federiko Kyeza karyerasını yenidən ölkəsində davam etdirə bilər.

Sportline.az jurnalist Nikolo Şikiranın məlumatına istinadən xəbər verir ki, Kyeza "Napoli"nin transfer hədəfinə çevrilib.

27 yaşlı sağ cinah vingerinin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 18 milyon avrodur.

Qeyd edək ki, F.Kyeza bu mövsüm çıxış etdiyi 14 matçda 2 qol 2 asistlə yadda qalıb.