La Liqa klubu baş məşqçisini qovdu
"Alaves"in baş məşqçisi Xavyer Kalyeyanı istefaya göndərib.
Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
O, 2021-ci ilin aprelindən komandanı çalışdırıb və "Alaves"in La Liqada qalmasına kömək edib.
Qeyd edək ki, bu mövsüm 18 oyunda 15 xal toplayan klub turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.