La Liqa klubunda zədə
"Betis"in yarımmüdafiəçisi Uilyam Karvalyo "Sevilya" ilə yoldaşlıq oyununda (1:0) zədələnib.
Sportline.az xəbər verir ki, futbolçu zədə səbəbindən mövsümün startını buraxacaq.
Baş məşqçi Manuel Pelleqrini Karvalyonu əvəzləmək üçün yollar axtarmalı olacaq. Oyunçunun reabilitasiyası üç həftəyə qədər çəkə bilər, bu isə o deməkdir ki, Karvalyo ilk iki turda "Vilyarreal" və "Atletiko" ilə oyunları buraxacaq.
La Liqa bu həftənin sonunda başlayacaq. "Betis" ötən mövsümü 6-cı pillədə başa vurmuşdu.