La Liqa tarixində 5-ci

İspaniya La Liqasının 11-ci turunda “Xetafe” ilə oyun “Qranada”nın hücumçusu Xorxe Molina üçün əlamətdar olub.

Sportline.az xəbər verir ki, təcrübəli forvard 90+7-ci dəqiqədə fərqlənərək komandasına 1 xal qazandırıb (1:1).

İspaniyalı oyunçu 39 yaş 189 günlüyündə qol vurmaqla tarixə düşüb. O, La Liqa tarixində qol vuran ən yaşlı 5-ci oyunçu olub. Molina bu götəricidə Donato, Sezar, Alfredo Di Stefano və Xoakin Sançesdən geri qalır.

Qeyd edək ki, Xorxe Molina “Qranada”ya ötən ilin yayında keçib.