La Liqada "El-Klasiko" həyəcanı

İspaniya La Liqasının 30-cu turunda diqqətlər Madridə yönəlib.

Sportline.az xəbər verir ki, bu gün azarkeşlərin böyük həyəcanla gözlədiyi “El-Klasiko” oynanılacaq.

“Real” "Alfredo di Stefano" stadionunda “Barselona”nı qəbul edəcək. Bu, komandalar arasında 246-cı rəsmi duel olacaq. “Real” 97 dəfə qələbə qazandığı halda, Kataloniya təmsilçisi 96 dəfə sevinib. Qalan 53 oyunda qalib müəyyənləşməyib.

Meydan sahiblərindən Dani Karvaxal, Serxio Ramos və Rafael Varan oyunu kənardan izləyəcək. Qonaqlarda da 3 futbolçu iştirak etməyəcək. Onlar Koutinyo, Ansu Fati və Netodur.

“Barselona” 65 xalla yalnız lider “Ateltiko”dan geri qalır. “Real” isə 63 xalla ilk üçlüyü tamamlayır.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.