La Liqada heç-heçə

İspaniya La Liqasında 2-ci turun açılış oyununda “Betis” və “Kadis” komandaları üz-üzə gəlib.

Sportline.az xəbər verir ki, qarşılaşmanın taleyi ilk hissədə həll olunub. 11-ci dəqiqədə meydan sahibləri uğursuzluğa məruz qalıblar. Onların qapısına 11 metrlik zərbə təyin olunub. Alvaro Neqredo penaltini dəqiq yerinə yetirərək “Kadis”ə üstünlük qazandırıb.

Amma qonaqların sevinci çox çəkməyib. 22-ci dəqiqədə Xuanmi tarazlığı bərpa edib. Fasiləyə kimi başqa qol olmayıb.

2-ci yarıda da hesab dəyişməyib. Beləliklə “Betis” - “Kadis” matçı 1:1 hesabı ilə başa çatıb.

Maraqlıdır ki, bu komandalar startda da heç-heçə etmişdi.