La Liqanın bərpa tarixi bilindi

İspaniya La Liqasında mövsümün bərpa ediləcəyi tarix açıqlanıb.

Sportline.az “AS”a istinadən xəbər verir ki, çempionatın iyunun 12-də davam etməsi planlaşdırılır.

Məlumata görə, La Liqa rəhbərliyi mövsümün bərpası üçün bu tarixi uyğun görür. Buna səbəb avrokubok görüşlərinin avqustda keçirilməsidir. Bu səbəbdən də La Liqanın iyun-iyul aylarında tamamlanması gözlənilir. 

Qeyd edək ki, ölkədə liqaların yenidən başlaması koronavirus infeksiyasının yayılma dərəcəsinə görə tənzimlənəcək.