La Liqanın lideri məğlub oldu
La Liqada 29-cu turun daha 1 oyunu keçirilib.
Sportline.az xəbər verir ki, günün son matçında lider "Atletiko" "Sevilya"nın qonağı olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Sevilya" - "Atletiko" - 1:0
Qol: Akunya, 70
Bu nəticədən sonra "Atletiko" 66 xalla 1-ci, "Sevilya" 58 xalla 4-cü pillədə qərarlaşıb. "Real" 63 xalla 2-ci, "Barselona" 62 xalla 3-cüdür.