La Liqanın prezidenti etiraf etdi
La Liqa prezidenti Xaviyer Tebas jurnalistlərin bu mövsüm çempion kim olacaq sualını cavablandırıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Xavyer Tebas “Real Madrid” azarkeşiyəm amma, fanatlıq dövrüm bitib. İndi liqanın gələcəyi barədə düşünürəm. Ümid edirəm ki, çempion olan komanda 90 xal toplamaz. Belə olan halda mübarizə mövsümün sonunadək davam edəcək”, - deyib.
Qeyd edək ki, Xaviyer Tebas 2013-cü ildən La Liqanın prezdenti vəzifəsində çalışır.