La Liqanın prezidenti Messi haqqında
La Liqanın prezidenti Xavyer Tebas "Barselona"nın maliyyə vəziyyətindən danışıb.
Sportline.az xəbər verir ki, funksioner bildirib ki, "Barselona" Messinin keçidinə hazır deyildi.
“Bəziləri La Liqanın Messini "Barselona"ya qaytarmaq üçün əlindən gələni etdiyini düşünür, bəziləri isə əksini... Biz bunu həmişə çox açıq şəkildə bildirmişik. "Barsa"nın maliyyə balansı normaya uyğun gəlmir. Bütün klublar üçün norma dəyişdirildiyi üçün ötənilkindən bir qədər fərqlənir. Buna görə də Messini yenidən İspaniyada görmək məsələsi alınmadı" - deyə La Liqanın rəhbəri bildirib.