La Liqaya vəsiqə qazandı
"Malyorka" bir illik fasilədən sonra yenidən La Liqada oynamaq hüququ qazanıb.
Sportline.az xəbər verir ki, komanda Sequndanın 40-cı turunda "Almeriya"nın "Kartagena"ya 2:3 hesablı məğlubiyyətindən sonra yüksək liqaya vəsiqəni təmin edib. 75 xalı olan "Malyorka" turniri ikinci pillədən aşağı sırada tamamlamayacaq.
Beləliklə, Palma-de-Malyorka təmsilçisi "Espanyol"dan sonra növbəti mövsüm üçün La Liqaya yüksələn ikinci komanda olub.