Lamin Yamal İspaniya millisindən kənarlaşdırılıb

İspaniyalı cinah futbolçusu Lamin Yamal zədə səbəbindən millidən ayrılıb.

Sportline.az xəbər verir ki, Yamal İspaniya Kral Futbol Federasiyasının tibbi qərargahı tərəfindən aparılan müayinədən sonra İspaniyanı tərk edib. Onun Avro-2024-ün seçmə mərhələsinin növbəti iki oyununda iştirak edə bilməyəcəyi müəyyənləşib.

Bu mövsüm 16 yaşlı cinah yarımmüdafiəçisi Avro-2024-ün seçmə mərhələsində İspaniya yığmasında 2 oyun keçirib və 1 qol vurub. Yamal əsas milli komandada çıxış edən ən gənc futbolçu olub (16 yaş 57 gün).

İspaniya AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrda Şotlandiya (12 oktyabr) və Norveç (15 oktyabr) ilə qarşılaşacaq.