Lamin Yamal "Real"ın bostanına daş atıb"

"Barselona"nın 16 yaşlı futbolçusu Lamin Yamal iddialı açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, ulduz forvard bu mövsüm çempionluq uğrunda yarışacaqlarını açıqlayıb.

"Çempionluq uğrunda sonadək mübarizə aparacağıq. "Real"ın işi asan olmayacaq. Bacardığımız qədər onların sevincinə mane olmağa çalışacağıq. İştirak etdiyimiz bütün turnirlərdə qələbə arzulamaq olar. Şans varsa, bundan yararlanmalıyıq", - deyə o, "Marca"ya müsahibəsində düşüncələrini bölüşüb.

Qeyd edək 2023-cü ildən "Barselona"nın əsas komandasında oynayan Yamal bu mövsüm 37 qarşılaşmada 6 qol, 7 asist müəllifidir.