“Latsio” “Fənərbağça”dan futbolçu alır

“Fənərbağça”nın polşalı futbolçusu Sebastiyan Şimanski mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, “Latsio” S.Şimanskini heyətinə qatmaq üçün İstanbul klubu ilə danışıqlara başlayıb.

26 yaşlı futbolçu üçün “Fənərbağça”nın rəhbərliyi 20 milyon avro tələb edir.

Qeyd edək ki, Şimanski cari mövsüm çıxış etdiyi 50 matçda 7 qol 9 məhsuldar ötürmə müəllifi olub.