Leaonun adı London klubu ilə hallanır

"Milan"ın portuqaliyalı futbolçusu Rafael Leaonun adı Londonun "Arsenal" klubu ilə hallanır.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Leao üçün İngiltərə klubu 80 milyon avro ödəməyə hazırdır.

Lakin "Milan"ın rəhbərliyi 25 yaşlı futbolçunu satmaq fikrində deyil. 

Qeyd edək ki, "Arsenal" klubu Leaonun meneceri ilə danşıqlar aparır. Son qərarı futbolçunun özü verəcək.