Leaonun transfer qiyməti açıqlanıb
"Milan" portuqaliyalı futbolçusu Rafael Leao ilə bağlı qərar verib.
Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi Leaonu satmaq qərarına gəlib.
Klub 25 yaşlı futbolçu üçün ən azı 70 milyon avro tələb edir.
Qeyd edək ki, Leao ötən mövsüm meydana çıxdığı 50 matçda 12 qol 13 asistlə yadda qalıb.