Leaoya İngiltərə nəhəngindən təklif var

"Milan"ın portuqaliyalı futbolçusu Rafael Leao karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" R.Leao üçün "Milan"a təklif göndərib.

25 yaşlı sol cinah vingerinin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 75 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Leao bu mövsüm meydana çıxdığı 50 matçda 12 qol 13 asistlə yadda qalıb.