"Leipziq" "Arsenal"dan 92.5 milyon avro tələb edir
"Arsenal" klubu yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Tele Football" nəşrinə istinadən xəbər verir ki, "Leipziq"in sloveniyalı hücumçusu Benjamin Şeşko "Arsenal"ın əsas transfer hədəfinə çevrilib.
Bu keçid üçün Almaniya klubu 92.5 milyon avro tələb edir.
Qeyd edək ki, B.Şeşko bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 21 qol 6 asistlə yadda qalıb.