"Leipziq" Opendanın transfer qiymətini açıqlayıb
"Leipziq" belçikalı futbolçusu Lios Opendanın transfer qiymətini açıqlayıb.
Sportline.az jurnalist Filipp Hinzenin məlumatına istinadən xəbər verir ki, Openda üçün Almaniya klubu 60 milyon avro tələb edir.
25 yaşlı forvardın "Leipziq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, L.Openda bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 13 qol 11 asist müəllifi olub.