"Leypziq" Romulonu hədəf alıb
"Leypziq" "Göztepe"nin brazilyalı futbolçusu Romuluno heyətinə qatmaq üçün danışıqlara başlayıb.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Saşa Tavolieri öz "X" hesabında paylaşım edib.
23 yaşlı futbolçu üçün Almaniya klubu 10 milyon avro ödəməyə hazırdır.
Lakin "Göztepe" klubu Romulo üçün ən azı 15 milyon avro tələb edir.