Leon Beyli "Aston Villa"dan ayrılacaq
"Aston Villa"nın yamayikalı futbolçusu Leon Beyli yayda klubu tərk edəcək.
Sportline.az "Sun Sport" nəşrinə istinadən xəbər verir ki, Birmingem klubu L.Beylini 25 milyon avro qarşılığında satmağa hazırdır.
27 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 38 matçda 2 qol 4 asistlə yadda qalıb.
Qeyd edək ki, L.Beylinin "Aston Villa" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.