Levandovskinin durumu açıqlandı

"Barselona"nın hücumçusu Robert Levandovski qeyri-müəyyən vaxta sıradan çıxıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun Tvitter səhifəsində məlumat yayılıb.

Onun sol ayağının topuq oynağının bağlarında dartılma aşkarlandığı bildirilir.

Qeyd edək ki, 35 yaşlı futbolçu Çempionlar Liqasının "Portu" - "Barselona" matçında (0-1) zədələnib.

O, görüşün 36-cı dəqiqəsində meydanı tərk edib.