Levondovski "Barselona"dan ayrılır

Robert Levandovski "Barselona"dan ayrılmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, polşalı forvardın Səudiyyə Ərəbistanı, ABŞ və ya Almaniya klublarından təklifi var.

İspaniya La Liqasında oyunu alınmayan 35 yaşlı hücumçu ilə Dortmund "Borussiya"sının ciddi maraqlandığı bildirilir.

Bu komanda Levondovski üçün yad deyil.

Xatırladaq ki, o, 2010-2014-cü illərdə dortmundluların formasını geyinib.