Liam Delap seçimini etdi

"İpsviç"in ingiltərəli futbolçusu Liam Delap mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az "Mirror Football" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" L.Delapı transfer etmək istəyir.

22 yaşlı hücumçu "Mançester Yunayted"ə transfer olmaq istədiyini menecerinə bildirib.

Qeyd edək ki, Liam Delapın transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.

Onun "İpsviç"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.