Liam Delapın London klubuna keçidi gündəmdədir

"İpsviç"in ingiltərəli futbolçusu Liam Delapın "Arsenal"a transferi gündəmdədir.

Sportline.az "Transferdot.com" saytına istinadən xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 35 milyon avro ödəməyə hazırdır.

22 yaşlı hücumçunun "İpsviç"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Liam Delap bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 38 matçda 12 qol 2 asistlə yadda qalıb.