Lideri "Real"ı tərk edə bilər

Luka Modriçin "Real"da işləri qaydasında getmir.

Sportline.az xəbər verir ki, xorvatiyalı ulduz start heyətdə daimi yer almamasından narazıdır.

Son vaxtlardakı məlum durum təcrübəli futbolçunu artıq dilə gətirib.

Bu haqda "Relovo" nəşrində məlumat yayılıb.

Mənbənin bildirdiyinə görə, Modriç müqaviləsinin uzadılması ilə bağlı 2023-cü ildə vəd olunan sözün hələ də yerinə yetirilməməsindən də narazıdır.

Karyerasını "Real"da bitirməyi planlaşdıran Modriçin başqa qərar qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, 38 yaşlı xorvatiyalı yarımmüdafiəçi bu mövsüm iştirak etdiyi 27 oyunda bir qol, altı asist müəllifidir.