Lionel Messi İngilis klubuna transfer olur?
“Liverpul” dünya futbolunun canlı əfsanəsi olan Lionel Messi ilə bağlı mümkün transfer variantını dəyərləndirməyə başlayıb.
Sportline.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi argentinalı ulduzun transfer imkanlarını araşdırmaq məqsədilə “İnter Mayami” ilə ilkin danışıqlara start verib.
Hazırda tərəflər arasında aparılan müzakirələrin detalları açıqlanmasa da, “Liverpul” rəhbərliyinin Messi transferinin reallaşma ehtimalını qiymətləndirdiyi bildirilir.
Bu transfer baş tutacağı təqdirdə, futbol dünyasında son illərin ən səs-küylü keçidlərindən biri ola bilər.
Qeyd edək ki, argentinalı dünya çempionu 2023-cü ildən “İnter Mayami”də çıxış edir. O ötən mövsüm çıxdığı 16 matçda 13 qol, 7 asistlə yadda qalıb.
Klubla müqaviləsi 2028-ci ilin iyununadək nəzərdə tutulub.