Liqa rəhbərliyindən klublara dəstək
İspaniya La Liqası futbolçuların klubları tərəfindən milli komandalara buraxılmamasına münasibət bildirib.
Sportline.az xəbər verir ki, qurum DÇ-2022-nin seçmə oyunları zamanı belə addım atacaq klublar dəstək verəcəyini açıqlayıb.
La Liqa nümayəndələri belə qənaətdədir ki, oyunçuların beynəlxalq matçlarda iştirakı indiki durumda məqsədəuyğun deyil. Yaxın günlərdə La Liqa rəhbərliyi bundan zərər çəkən klubların nümayəndələri ilə görüşəcək. Hazırda 13 müxtəlif klubun 25 futbolçusu öz yığmasına dəvət alıb.