"Liverpul" almaniyalı futbolçuya görə 125 milyon avro ödəməyə hazırdır

"Liverpul" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "Talk Sport"a istinadən xəbər verir ki, Mersisayd klubu "Bayer"in almaniyalı ulduz futbolçusu Florian Virtsi heyətinə qatmaq niyyətindədir.

22 yaşlı futbolçu üçün "Liverpul" 125 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Florian Virts İngiltərədə çıxış etməyə müsbət baxır.

O, ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 16 qol 15 məhsuldar ötürmə müəllifi olub.